12 Aprel 2019 08:25
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

54 yaşlı aktrisa Monika Belluççi sevgilisi ilə kamera qarşısına keçib.

Teleqraf.com xəbər verir ki, 36 yaşlı art-qaleri sahibi olan Nikolas Lefevrla eşq yaşayan aktrisa artıq hər yerə onunla gedir.

Parisdə keçirilən "Couchella" festivalı çərçivəsində keçirilən "Cartier" qala gecəsinə qatılan cütlük obyektivlər qarşısına keçərək fotolar çəkdiriblər.

Birlikdə qırmızı xalçaya çıxan Monika və Nikolas əl-ələ tutublar. Onlar eyni tərzdə libas seçiblər. Aktrisa "Dolce & Gabbana" brendinə üstünlük verib.

"Uzun müddətdir bir oğlanla görüşürəm. Mənim aləmimdən biri deyil, başqa sahədə çalışır. Onun həyat tərzi məni başa düşməsinə imkan verir. Bir onu deyə bilərəm ki, çox xoşbəxtəm və seçimimdən razıyam" deyə, Monika açıqlamasında bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər