14 Aprel 2019 16:45
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ana kəlməsi mənim ən həssas yerimdir. Onsuz həyatı təsəvvür belə edə bilmirəm".

Teleqraf.com xəbər verir ki, bu fikirləri müğənni Rəqsanə İsmayılova özünün İnstaqram səhifəsində yazıb. Sənətçi anasının bu gün əməliyyat olunacağını qeyd edib:

"Hazırda anam Türkiyədə çətin bir əməliyyata hazırlanır. Ürək əməliyyatı olacaq. Allahıma yalvarıtam, anamın nəfəsini bizə çox görmə. Anam bizim dünyamızdır. Zəhmətkeş, hər əzaba dözən, bizə görə qara saçını ağ edən anam... Bu günə qədər qaldırdığın yükü, çəkdiyin dərdlərə hansı ürək dayanardı ki... Anam bizim həm atamız, həm anamız olub. Boğazımda sözlər düyünlənib, Allah köməyimiz olsun".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər