İsrailin Tel-Əviv şəhərində "Avrovizion" mahnı yarışmasının ilk yarımfinal mərhələsi yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, finala Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya təmsilçiləri keçib.
Yarımfinalda ümumilikdə 17 ölkənin nümayəndəsi çıxış edib. Onların çıxışları peşəkar münsiflər heyəti və iştirakçı ölkələrin tamaşaçılarının səsləri ilə qiymətləndirilib.
23:44
İsrailin paytaxtı Tel-Əviv şəhərində sayca 64-cü “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gecə yarışmanın birinci yarımfinalında 17 ölkə təmsilçisi biri-birindən fərqli, gözoxşayan şouları ilə çıxış edəcək.
17 ölkəyə Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Mariono daxildir.
Müsabiqənin açılışını ötən il qalib olan Netta Barzilai edib.
Hazırda Avroviziya İTV-də birbaşa olaraq canlı yayımlanır.
Qeyd edək ki, “Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”).
Şouda aparıcılıq Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba həvalə olunub.