Əməkdar artist Məlahət Abbasova övladlığa uşaq götürməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb:
“Uzun müddətdir uşaq evində qalan kimsəsiz bir qıza könüllü analıq etmək istəyirdim. Bütün şərtlərə uyğun olmağım barədə xəbər aldım. Müraciət üçün sənədlərim hazırlanır. Övladlarımla danışdım, onlar da razıdırlar. Məncə, həyata bir uşaq qazandırmaq, onların yaralarını sarımaq, onlara dəstək olmaq ən böyük savabdır”.
Qeyd edək ki, Abbasovanın iki övladı var.