8 Sentyabr 2014 13:14
1 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərli sosial şəbəkə izləyicilərinə bərk əsəbləşib.

Teleqraf.com xəbər verir ki, müğəninin özündən çıxmasına səbəb “Facebook”da paylaşdığı fotonun altından izləyicilərin yazdığı şərhlər olub. İzləyicilər müğənninin qızı ilə birgə çəkdirdiyi və “Canım qızım” şərhi ilə paylaşdığı fotonu birmənalı qarşılanmayıb.

Müğənninin qeyri-etik şərhlər yazanlara isə cavabı özünü çox gözlətməyib:

“Bir neçə saat öncə qızımla olan fotomu paylaşmışdım, amna yazılan şərhlərin çoxu o qədər də ürəkaçan olmadı... Hərkəs yazdığı şərhlə bərabər öz ailə tərbiyəsini, səviyyəsini, mədəniyyətini, bundan əlavə valideynlərinin, anasının, bacısının kim olduğunu göstərdi. Ayıb olsun abırsız şərh yazan hərkəsə... Anasından, bacısından xəbəri olmayan, gəlib burda ağzına gələni yazan tərbiyəsizlər, biqeyrətlər, onsuz da hamınızın yeri blok listdir...Normal dildə, mədəni şəkildə öz fikirlərini yazan dostlarım, çox sağolun. Diqqətinizə görə minnətdaram!”

Pərvin


Müəllif:

Oxşar xəbərlər