Müğənni Nazənin yaradıcılığındakı yeniliyi təqdim edib.
Teleqraf.com-un məlumatına görə, ifaçı sözləri Vüsal İbrahimovun, musiqisi Ruslan Səfəroğlunun “Getmə, nə olar” adlı mahnını ifa edib.
Yeni ifasını təqdim edən Nazənin bildirib ki, yaxın günlərdə daha bir yeni işini təqdim edəcək:
“Bir neçə layihə üzərində çalışıram. Onun birini artıq yekunlaşdırmaq üzrəyəm. Çox fərqli bir iş ərsəyə gələcəyini əminliklə deyə bilərəm. Bu günə qədər ifa etdiyim mahnılar insanların dillərində əzbər olur. Bu da bir müğənni olaraq məni sevindirir.
Düşünürəm ki, bu gün təqdim etdiyim “Getmə, nə olar” adlı mahnı da həmin bəstələr kimi olacaq”.
İfaçı daha sonra onu da əlavə edib ki, aparıcılıq etdiyi “Dostlar” verilişi yay fasiləsinə çıxıb.