“Vətənim Sənsən” serialı ilə məşhurlaşan gənc aktrisa Miray Danerin qısa ətəkli fotosu sosial mediada maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, istedadı ilə yanaşı gözəlliyi ilə də izləyiciləri heyran qoyan Miray Daner seriala görə arıqlasa da, qısa zamanda əvvəlki formasına qayıda bilib.
Təxminən 2 aydır sosial şəbəkələrdə paylaşım etməyən aktrisanın yeni fotoşəklinə qısa zamanda minlərlə rəy yazılıb.