10 Sentyabr 2014 12:30
4 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin yeni Məryəm Uzərlisi peyda olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kadim dostum” serialının baş qəhrəmanı Damla Arslanalp Məryəm Uzərliyə oxşarlığı ilə diqqət çəkib. Sosial şəbəkədə Damlanı bu cür təqdim edən izləyicilər yeni Məryəm Uzərlini sevdiklərini dilə gətiriblər.

Yalnız izləyicilər deyil, serialın prodüseri Mahsum Kırmızıgül yaxın dostları ilə söhbətində Damlanın istedadına güvəndiyini və Türkiyənin yeni Hürrəm Sultanını tapdığına inanır: “Biz qızda Məryəm Uzərli havası var. Türkiyənin yeni Hürrəm Sultanı olacaq”

Damla Arslanapl kimdir?

Damla 1990-cı ildə Almaniyada dünyaya göz açıb. Tam adı Nergiz Damla Aslanalpdır. 2013-cü ildə Almaniyada baş tutan “Miss Turkuaz” yarışmasının üçüncüsü olub. “Kadim dostum”da baş rolu oynayan Damlanın bu serial və film sektorunda ilk işidir. Qeyd edək ki, Mahsum Kırmızıgül Damlanı 130 namizədin arasından seçib.

Pərvin


Müəllif: