5 İyul 2019 16:51
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Perulu model Stefani Kayo ölkə millisinin Amerika çempionatında finala çıxmasına görə həyəcanlandırıcı söz verib.

Teleqraf.com xəbər verir ki, model Perunu finala çıxaracaq qolu vuran oyunçunu öpəcəyini bildirib.

31 yaşlı Stefani Tvitter hesabında bu barədə belə yazıb:

“Peru milli komandasını öpmək istəyirəm. Çərşənbə günü Çilini məğlub edəcək qolu kim vursa, onun da icazəsi ilə ona öpüşmək təklif edəcəm”.

Kolumbiya və Peruda populyar olan model Kayo məşhur “Club de Cuervos” serialında rol alır.

1988-ci ildə doğulan Stefani Kayo həm də müğənni və aktrisadır.

Peru və Çili komandaları arasındakı matç gələn həftə baş tutacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər