14 İyul 2019 13:19
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli müğənni Cennifer Lopezin Nyu-Yorkda baş tutacaq konsertində xoşagəlməz hadisə baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, konsertin keçiriləcəyi "Madison Square Garden" idman kompleksində Lopezin səhnəyə çıxmağa hazırlaşdığı vaxt şəhərdə elektrik enerjisi kəsilib. Təhlükəsizlik səbəbilə tamaşaçılar təxliyyə ediliblər.

Baş vermiş hadisədən çox üzüldüyünü bildirən Cennifer Lopez konsertin bazar ertəsi baş tutacağını bildirib.


Müəllif: Teleqraf.com