Argentina millisi və "Barselona"nın kapitanı Lionel Messi mövsümün yorğunluğunu Antiqua və Barbuda adasında çıxarır.
Teleqraf.com xəbər verir ki, 32 yaşlı hücumçu ailəsi ilə birlikdə dincəlir. Amerika Kubokunda oynayan futbolçuya istirahət üçün əlavə vaxt verilib.
Messi və xanımı istirahət vaxtı çəkilən fotoları tez-tez sosial şəbəkələrdəki rəsmi səhifələrində paylaşır. Şəkillərdən də göründüyü kimi əlində pivə şüşəsi tutan və gülümsəyən Leo həyatından məmnundur.