Türkiyənin tanınmış müğənnisi Demet Akalın hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, müğənni Bodrumda avtomobil idarə edərkən naməlum bir sürücünün yolda onu təqib edərək sıxışdırmağa çalışdığını deyib.
Avtomobili saxlayıb düşdükdən sonra həmin adamın hadisə yerindən uzaqlaşdığını deyən Demet Akalın artıq polisə şikayət etdiyini deyib: "O adamı tapacağam".