Müğənni Dilarə Kazımovanın yeni klipinin televiziyalarda yayımı başlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə sənətçinin özü məlumat verib.
Dilarə qeyd edib ki, “Harem” adlanan yeni klip sabahdan etibarən ölkənin birinci musiqi kanalında – “MTV Azərbaycan”da eksklüziv olaraq yayımlanacaq.
Klipdə açıq-saçıq səhnələrin yer alması müğənninin yeni işinə marağı artırıb.
Klipdən görüntüləri təqdim edirik: