2 Avqust 2019 18:20
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aygün Kazımova xalq artisti, aktyor Fəxrəddin Manafovu ad günü və Milli Kino Günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, o bu barədə İnstaqram hesabında yazıb.

Fəxrəddin Manafovla fotosunu paylaşan Aygün qeyd edib:

“Azərbaycan Kinosu Günü sənəti ilə fəxr etdiyimiz Fəxrəddin Manafovun doğum gününə təsadüf edir. Əziz dostumun timsalında kino tariximizə dəyər qatan bütün sənət nümayəndələrini ürəkdən təbrik edirəm.

Cismən aramızda olmayanları isə dərin hörmət, şükran və sevgiylə anırıq”.

Fotolarda aktyorun müğənnini öpdüyü yerdə əks olunması müzakirə mövzusuna çevrilib.

Fotoları təqdim edirik:


Müəllif: Yalçın Uğur