4 Avqust 2019 12:11
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktrisası Beren Saatın Qurban bayramı üçün leykemiya xəstəsi olan uşaqlar üçün yardım kampaniyasına dair paylaşımı birmənalı qarşılanmayıb.

Teleqraf.com xəbər verir ki, izləyicilərdən birinin şərhi sənətçini əsəbiləşdirib.

"Hər qurban, leykemiyalı uşaqlara can!" kampaniyasına dəstək verən Saatın təqibçisi ona "Belə bir paylaşım etdiyinizə inanmıram, bir can getsin, digəri qurtulsunmu?" sözlərini yazıb.

Aktrisa isə "Qurban kəsimi bədəlini leykemiyalı uşaqların müalicəsinə yönəltmək prosesində canmı gedir? Xahiş edirəm, əvvəlcə oxuyub başa düşək, sevgilər" cavabını yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər