Türk aktrisa Bergüzar Korel pərəstişkarlarının hədiyyəsi qarşısında göz yaşlarına hakim ola bilməyib.
Teleqraf.com xəbər verir ki, onun fanatları pul toplayaraq Kambocada leysan yağışlar nəticəsində evini itirən bir ailəni sevindirib. Onlar həmin ailəyə ev tikiblər. Bu hədiyyənin fotolarını sosial şəbəkədə paylaşan Korel " Yenə sevinc gözyaşları axıtdığım bir ad günü yaşatdınız mənə. Nə yaxşı ki, sizin kimi ailəm var" deyə yazıb.
Qeyd edək ki, aktrisanın sevənləri daha əvvəlki ad günlərində 2000 fidandan ibarət xatirə meşəlik və Afrikada bir kəndə su quyusu tikdirmişdilər.