6 Sentyabr 2019 13:36
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eşq təsadüfləri sevir 2” filminin çəkilişlərinin başa çatması münasibətilə təşkil edilən mərasimdə Azərbaycan əsilli türk kinoulduzu Nəsrin Cavadzadənin iştirakı qalmaqala səbəb olub.

Teleqraf.com xəbər verir ki, məşhur aktrisa Zuhal Olcay filmin baş rol ifaçısı Nəsrin Cavadzadənin tədbirə 2 saat gecikməsinə bərk əsəbiləşib.

Tədbirdə giriş sözü ilə çıxış edən rejissor Ömər Faruk Sorak əvvəlcə baş rol ifaçısının gecikməsinə görə məyus olduğunu deyib. Zuhal Olcay isə etirazını mətbuat konfransını tərk edərək bildirib.

Filmin quruluşçu rejissoru İpək Sorak təcrübəli aktrisadan geri qayıdıb jurnalistlərin suallarını cavablandırmasını xahiş edib. Sorakın xahişindən sonra mərasimə qayıdan Zuhal Olcay jurnalistlərlə 3 dəqiqə söhbət edərək məkanı tərk edib.

Nəsrin Cavadzadə isə heç nə olmamış kimi gecədə əylənib, müxbirlərlə söhbətləşib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər