18 Sentyabr 2019 12:40
3 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur ifaçı Gülay Zeynallının həyat yoldaşı, idmançı Kamil Zeynallının etirafı təəccüb doğurub.

Teleqraf.com xəbər verir ki, Kamil Zeynallı “İnstagram”da bu sözləri yazıb:

“Orta məktəbdə beş il sinifdə qalmışam. Beş ildə beş dəfə son zəng görmüşəm. Sinif yoldaşlarım institutu bitirəndə mən 11-ci sinifi bitirdim. Bir çox sinif yoldaşlarım əsgərliyə gedib gəlmişdi, mən hələ orta məktəbdə oxuyurdum. Hər kəsin 11 ilə bitirdiyi məktəbi mən 16 ilə oxudum”.

Qeyd edək ki, Kamil Zeynallı ilə Gülay Zeynallının Sahilə adlı bir qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər