ARB telekanalında yayımlanan “Sayqa ilə” verilişində müğənni Afaq Aslana evlənmə təklif edən 24 yaşlı gəncin ürəyinin getməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı ARB Media Qrupu mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli Teleqraf.com-a açıqlamasında baş verən hadisəyə belə münasibət bildirib: “Verilişdə qlobal hadisə baş verməyib. Efirə gənc oğlan gəlib, sevgisini etiraf edib. Burada şişirdəcək bir şey yoxdur. Gəncin hərəkətinin efirə aidiyyəti yoxdur”.
Qeyd edək ki, ifaçıya sevgi etiraf edən gənc “yox” cavabı alarkən ürəyi gedərək yerə yıxılıb. Bu görüntülər sosial şəbəkə paylaşılıb.