24 Sentyabr 2019 22:39
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qalmaqallı etirafları ilə gündəm olan amerikalı aktrisa Demi Mur daha bir ilginc açıqlama ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, bu dəfə o, 15 yaşında olarkən bir sərxoşun ona təcavüz etdiyini deyib.

"Bir gecə tanıdığımız yaşlı kişi evə gəldi. Mənə təcavüz etdi. Daha sonra öyrəndim ki, evin açarlarını ona anam verib" deyən aktrisa anasının bunun müqabilində 500 dollar aldığını qeyd edib.

Daha öncə 56 yaşlı aktrisa "Inside Out" adlı memuarında keçmiş əri Aşton Kuçerin onu "üç nəfərli seks"ə təhrik etdiyini bildirib.

Demi ərinin soradan ona xəyanət etməsinə səbəb kimi də bu cinsi münasibəti göstərdiyini deyib.

"Sadəcə, ərimi məmnun etmək üçün belə etmişdim. Ona nə qədər əyləncəli biri olduğumu göstərmək istəyirdim. Lakin o, mənə xəyanət etdi və özünümüdafiə edərək üç nəfərli seksimizi buna əsas gətirdi".

Aktrisa kitabını bu gün oxuculara təqdim edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər