Bu gün İctima televiziyada “Zima” uşaq musiqi festivalı ilə bağlı mətbuat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbiri aparıcı Leyla Quliyeva açıb, layihənin uğurundan danışıb.
Layihənin təşkilatçısı Leyla Zeynalova isə festival haqqında bu sözləri deyib: "Zima 3" başlayır. Bizə 110 nəfər müraciət etmişdi, onlardan 19 uşaq seçdik. Bu il daha rəngarəng olacaq. Festival üçün parlaq şou hazırlayırıq".
Xalq artisti Aygün Kazımova isə festival haqqında fikirlərini bildirib: "Yarışma həyatımda böyük rol oynadı. Hər bir sənətçi yarışmalarda iştirak etməlidir. Uşaqların həyəcanını anlayıram. Hər birinizə uğurlar arzu edirəm. Biz yarışmada sizinlə bərabər olacağıq. Kim ən istedadlıdırsa, o, qalib gəlsin".
Əməkdar artist Sevda Ələkbərzadə festival iştirakçılarına uğurlar arzu edib: "Zima" festivalında çox istedadlı gənclər iştirak edir. Onların ifasını eşidəndə çox xoşuma gəldi. Biz də əlimizdən gələn qədər dəstək olacağıq".
Müğənni İlqar Xəyal festival iştirakçılarına dəstək olduğunu deyib: "Burada Azərbaycan musiqisinin gələcəyi əyləşib. Bu layihələr Azərbaycan musiqi mədəniyyətini inkişaf etdirmək üçün vacibdir. Ən yaxşılar qalib gəlsin. Keçən ilki səhvlər bu il təkrar olmayacaq".
Qeyd edək ki, festival "Beat Group" şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.