17 Oktyabr 2019 22:47
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Azərbaycan kanalında yayımlanan "Maşın" şounun final gecəsində növbəti iştirakçı oyunu tərk edib.

Teleqraf.com xəbər verir ki, "Maşın" realiti şounun finalçılarından biri olan müğənni Ramal İsrafilov oyundan gedib.

O "Finalda sona qədər dayansaydım avtomobili bir ildən sonra Lalə Mustafayevaya verəcəkdim. Həqiqətən də xanımlar çox güclüdürlər" deyib. Verilişin aparıcısı Murad Dadaşov "Maşın" tarixində ilk dəfə finala iki xanım iştirakçının qaldığını deyib.

Qeyd edək ki, "Maşın" şouda aparıclar Suna Kasımoğlu və Lalə Məmmədova oyuna davam edirlər.


Müəllif: Rəqsanə Həsənova