31 Oktyabr 2019 14:52
2 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ayan Babakişiyeva şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com-a açıqlamasında müğənni “Maşın” şouda həmkarı Fuad Musayevin onu şəxsi həyatı ilə vurmasına münasibət bildirib: “Münasibətimiz əvvəl necə idisə elə də elədir. Heç vaxt şəxsi həyatımla gündəmə gəlmək istəməmişəm. Əgər bir insan öz ayağı üzərində durursa, deməli, güclüdür. Ondan sonra insanların məni daha çox sevdiyinin şahidi oldum. Xüsusilə qadınlar tərəfimi saxladılar”.

İfaçı şouda aparıcı Kəmalə Piriyevanın şəxi həyatı haqqında yayılan şayiələrə də münasibət bildirib: “Kəmaləni çox istəyirəm. O bu müddətə qədər susubsa, şəxsi həyatı haqqında yalanları nə təsdiq, nə də təkzib etməyibsə, deməli, həqiqət deyil”.

İkinci dəfə evlənmək istəyən Ayan Babakişiyeva "Hazırda şəxsi həyatımda heç kim yoxdur. Qismət..." deyərək sevgilisinin olmadığını da açıqlayıb.

“Qızınız Selenaya həm ana, həm atasınız. Bunu necə tənzimləyirsiniz?” – sualına müğənni belə cavab verib: “Bilmirəm bunu nə dərəcədə bacarıram. Amma əlimdən gələni edirəm. Həyatdı, hər şeyə hazır olmaq lazımdır. Qədər-qismət deyilən bir şey var”.

Ayan Babakişiyeva Türkiyədəki biznesi haqqında da danışıb. Ölkəmizdə gəlinlik paltarı mağazası açan müğənni bu sözləri deyib: “Gəlinlik paltarında yaxşı pul var. Türkiyədə də gözəllik salonunu bağladıq. Sərmayə qoymuşdum, onu aldım. Çünki maraqlana bilmirdim. Səfərlərim çox idi. Qardaşımla qurduğum iş isə davam edir. Bunu hər kəs bilir ki, dünyada iqtisadi böhran tam bitməyib”.

Qeyd edək ki, bir müdət əvvəl müğənni Rəqsanə İsmayılova aparıcı Kəmalə Piriyevanın onu “saxlayan şəxs” sayəsində “Maşın” şouda avtomobili qazanacağını iddia etmişdi.


Müəllif: Teleqraf.com