20 Noyabr 2019 18:12
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aytac Vidadiqızı “Show News” verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, ifaçı musiqili meyxana stilində olan ifaları sərt tənqid edib: “Azərbaycanda meyxana stilində mahnılar yayılıb. Adam bezir, qulağım partlayır. Musiqili meyxanaları çox gətirib çıxarıblar üzə. Hara gedirsən eyni musiqilərdir. Adam yorulur, istirahət etmək istəyirsən.

Onlar səsi olmayanlardır. Haqqın yolunu tapıblar. Bir yol tapıb gedirlər. Amma uzun ömürlü musiqi deyil. Bəyənmirəm. Zövqləri korlayır. Mən Pərviz Bülbülə ilə heç vaxt duet oxumaram. Bəyəndiyim meyxanaçılar da var. Onlarla oxuyaram”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər