Xəzər Medai Mərkəzində "Niyə" filminin təqdimatı baş tutub.
Filmin rejissoru Əziz Şahbazov Teleqraf.com-a açıqlamasında filmdə əməyi keçən hər kəsə təşəkkür edib: “Xəzər Media Mərkəzinin rəhbəri Şamxal Həsənliyə təşəkkür edirəm ki, inanıb filmi mənə havalə etdi. Bu, nə müəllif, nə rejissor, nə də ssenarist filmidir, bu komanda filmidir".
Baş rolda oynayan Müşfiq Şahverdiyev isə “Niyə”nin çəkilişlərinin yayda baş tutduğunu açıqlayıb: “Filmin süjet xətti çox maraqlıdır. İnanıram ki, uğurlu olacaq. Komandamıza uğurlar arzu edirəm”.
Filmdən əldə etdiyi qonorarını gizli saxlayan Müşfiq: “Aldığımız qonorar yüksəkdir. Bunu əziyyətimizlə qazanmışıq. Tələbat var. Tamaşaçılarımız çox sağ olsun” deyə cavab verib.
Filmdə diqqət çəkən məqamlardan biri də Əfqanıstan vətəndaşının çinli obrazı oynamasıdır.
Qeyd edək ki, filmində baş rolları komediya aktyorları Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev canlandırıb. Ekran əsərində əməkdar artist Gülcahan Salamova, qiraət ustası Namiq Məna, aktyor Allahverdi Yolçuyev və bir sıra aktyorlar rola alıblar.