25 Noyabr 2019 14:32
2 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnternatdan evimizə gələndə qardaşım əsgərliyə getdi. Evdə çörək olmurdu. Anam gecə növbəsində olurdu. Qonşunun qapısını döyürdüm ki, çörək verin, anam evə gələndə alıb verəcəm. Bilirdim ki, verə bilməyəcəyik”.

Teleqraf.com xəbər verir ki, müğənni Bahar Lətifqızı “Ay Zaur “ verilişində yaşadığı çətinliklərdən danışarkən deyib: “İnternatdan evimizə gələndə qardaşım əsgərliyə getdi. Evdə çörək olmurdu. Anam gecə növbəsində olurdu. Qonşunun qapısını döyürdüm ki, çörək verin, anam evə gələndə alıb verəcəm. Bilirdim ki, verə bilməyəcəyik”.

İfaçı anasından ayrılıb ikinci dəfə evlənən atası haqda bu sözləri deyib: “Atam kül qabını anımın başına vurmuşdu. O zaman beş yaşım olardı. Çox içki içirdi. Həmişə görürdük ki, anamın tez-tez ürəyi gedirdi. Artıq xəstəlik tapmışdı”.

Bahar Lətifqızı “Nazpəri Dostaləliyevaya həsrətlə baxırdım. Deyirdim ki, internatdan çıxıb Nazpəri xanımı tapacam. Onun evində qulluqçu işləyəcimi deyərək məni müğənni etməsini xahiş edəcəm. Amma çıxandan sonra etmədim” deyə, etiraf edib.


Müəllif: Rəqsanə Həsənova