Tanınmış prodüser Tarix (Tolik) Əliyev ilk dəfə yeni mənzilinin qapısını açıb.
Teleqraf.com xəbər verir ki, “5/5 “ verilişində Tolikin evindən canlı yayım təqdim edilib.
“Hansısa biznesim yoxdur. Hər şeyi öz hesabıma etmişəm. İki ilə yaxındır ki, bu mənzilə köçmüşəm. Xırdalanda da evim var. Atam da orada yaşayır. Evlənəndə atama yaxın olmaq üçün orada yaşayacam” deyə, prodüsser qeyd edib.
Tolik atasının evinə gəlib-gəlməməsi sualına belə cavab verib: “ Yalandan deyə bilərdim ki, atam evimə tez- tez gəlir. Atama baxmağa ehtiyacı yoxdur. O neftçidir. Amma övlad kimi ad günündə beş min manat verdim ki, üzərinə pul əlavə edib maşın alsın. Analığıma ad günündə hədiyyə alıram. Ay deyim ki, ailəmə mən baxıram, yox”.