11 Dekabr 2019 18:28
1 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova son paylaşımı ilə təəccübləndirməyi bacarıb.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova İnstaqramda video paylaşaraq “Bu nədir istədiyin vaxt gedirsən, istədiyin vaxt gəlirsən? Evə saat 2-3-də gələ bilməzsən. Saat 12-də evdə ol...” sözlərini qeyd edib.

Xalq artisti videonu “Öz qarnından çıxanın vəfası da budur” şərhi ilə paylaşıb.

Müğənninin videosu sosial şəbəkədə maraqla qarşılanıb və sözlərin oğlu Cahada ünvanlı olduğu qeyd edilib.

Qeyd edək ki, Brilliant Dadaşova Rus Dram Teatrının direktoru Ədalət Hacıyev ilə evlidir. Cütlüyün Cahad adlı oğlu var.


Müəllif: Rəqsanə Həsənova