7 Yanvar 2020 10:50
3 960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar ABŞ-a köçməsi ilə gündəmdə olan xalq artisti Zeynəb Xanlarovadan xəbər var.

Teleqraf.com xəbər verir ki, Zeynəb Xanlarova İnstaqramda adına yeni səhifə açılıb.

Yeni səhifədə xalq artistinin son çəkilişləri və fotoları yer alıb.

Diqqət çəkən məqamlardan biri profildə əməkdar artist Mehriban Xanlarova ilə Zeynəb Xanlarovanın fotosunun olmasıdır. Bu isə səhifənin Mehriban Xanlarova tərəfindən idarə edilməsi fikri doğurur.

Xalq artistinin adına açılan başqa bir səhifə keçən ilin avqustunda bağlanılıb.

Qeyd edək ki, Zeynəb Xanlarova son zamanlar ABŞ-a köçməsi ilə gündəmdə idi. Xalq artistinin qardaşı qızı Mehriban Xanlarova yayılan iddiaları yalanlamışdı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər