8 Yanvar 2020 01:16
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya Respublikasının federal prezidenti Aleksander Van der Bellen bu gün kansler Sebastian Kurtzın başçılıq etdiyi hökumətin andını qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu, S.Kurtzun rəhbərlik etdiyi ikinci hökumətdir.

2017-ci ilin dekabrında qurulan ilk kabinet 2019-cu ilin may ayında keçmiş vitse-kansler Haynts-Kristian Ştrax ətrafındakı qalmaqal fonunda parçalanmışdı.

Mərasim federal prezidentin dəftərxanasında keçirilib. Yeni kabinetin andiçməsindən əvvəl Avstriya prezidenti ilk qadın kansler Briqitte Birlyaynın keçid hökumətini vəzifədən azad edib.

Ötən həftənin çərşənbə günü Kurtzun Avstriya Xalq Partiyası “Yaşıllar”la hökumət koalisiyası yaratmağa razı olub. Yeni kabinet 17 üzvdən ibarətdir: kansler, vitse-kansler, 13 nazir və iki dövlət katibi.

Beləliklə, Kurtz yenidən respublika hökumətinin başçısı vəzifəsinə qayıdıb. “Yaşıllar”ın lideri Verner Koqler vitse-kansler, habelə dövlət xidmətləri işləri və idman naziri təyin olunub. Müvəqqəti hökumətdə xarici işlər naziri vəzifəsini tutan Aleksander Şallenberq öz postunda qalıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər