Məşhur ulduz Kardi B Amerika vətəndaşlığından imtina edir.
Teleqraf.com xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın ölkəsinin İranla müharibə vəziyyətinə gətirməsidir.
27 yaşlı dünya ulduzu Tvitter hesabında Nigeriya vətəndaşlığını qəbul edəcəyini deyib: “Bu adam amerikalıları təhlükədə yaşadır. Donald Trampın bu günə qədər etdiyi ən axmaq hərəkətdir. Nigeriya vətəndaşlığı üçün müraciət edirəm”.