Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın atası Tomas Markl açıqlaması ilə təəccübə səbəb olub.
Teleqraf.com xəbər verir ki, Meqan Marklın atası Tomas Markl cütlüyün kral ailəsindən ayrılmasına münasibət bildirib.
O, qızının ünvanına kəskin ifadələr işlədib: “Onun bu addımı kral ailəsini nüfuzdan saldı. Meqan hər şeyi pul üçün etdi. O mənim böyütdüyüm qız ola bilməz”.
Qeyd edək ki, şahzadə Harri və həyat yoldaşı bir neçə gün öncə kral ailəsinin imtiyazlarından imtina edib.