25 Yanvar 2020 15:13
3 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Nurəddin Mehdixanlının qızı Ayturanın toyudur.

Xalq artisti Teleqraf.com-a açıqlama verib: “Bu, çox gözəl hisdir. Bir ata kimi çox xoşbəxtəm. Allah bütün subaylara qismət eləsin”.

Xalq artisti toyun mediaya qapalı keçəcəyini də vurğulayıb: “ Ailə məclisidir və toyda dost-tanışlar iştirak edəcəklər. Oğlan tərəfi elə bir sahədə işləyir ki, çəkilişin olmasına raz olmadılar”.

Qeyd edək ki, xalq artistinin qızı Ümid adlı bəylə ailə qurur.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər