18 Fevral 13:44
478

Bir müddət əvvəl türk iş adamı Emir Uyardan ayrılan məşhur model Adriana Lima özünə yeni sevgili tapıb.

Teleqraf.com xəbər verir ki, Adriana Lima İnstaqramda foto paylaşaraq “İtirdiyiniz hər şey mütləq bir gün başqa bir şəkildə geri qayıdacaq " şərhini yazıb.

Fotoya türkiyəli iş adamı Emir Bahadırın qəlb smayliki ilə reaksiya göstərməsi və modelin onu sosial şəbəkədə izləməsi cütlüyün sevgili olduğunu gündəmə gətirib.

Qeyd edək ki, Adriana Lima Mətin Hara ilə də sevgili idi.


Müəllif: Rəqsanə Həsənova