18 Fevral 2020 14:52
2 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova İTV-də yayımlanan “Gəl, qonaq ol!” verilişinə çıxıb.

Teleqraf.com xəbər verir ki, özünə yeni villa alan Brilliant Dadaşova ilk dəfə evinin qapılarını Saleh Bağırovun aparıcılıq etdiyi verilişə açıb.

Verilişdə xalq artisti Flora Kərimova, xalq artistinin oğlu Cahad Hacıyev də qonaq olub.

Qeyd edək ki, Brilliant Dadaşovanın köhnə bağ evi Buzovnada yerləşirdi.

Xalq artsti bir müddət əvvəl bağ evini sata bilməməsindən və onun kiçikliyindən şikayətlənmişdi.

https://www.facebook.com/ictimai.tv/videos/126213028755928/


Müəllif: Rəqsanə Həsənova