24 Fevral 2020 18:36
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vəziyyətim yaxşı deyil, amma çox gözəl xəbər eşitdim. Xəstəxananın xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb. Sənət adamına qiymət verilində onun sevincinin həddi-hüdudu olmur. Heydər Əliyev Fonduna təşəkkü edirəm”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Rəhman Rəhmanov deyib.

Hazırda Bakı Sağlamlıq Mərkəzində müalicəsinə davam edən aktyor ikinci dəfə əməliyyat olunacağını da bildirib: “İkinci əməliyyata hazırlaşıram, amma həkimlər hələ ki, risk etmirlər. Öd kisəm bütün bədənimi zəhərləmişdi”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər