Müğənni Xatirə İslam həmkarı Vasif Məhərrəmlinin onun haqqında dediyi sözlərə cavab verib.
Teleqraf.com xəbər veir ki, Xatirə İslam İnstaqramda həyat yoldaşı ilə video paylaşaraq belə yazıb: “İndi ona zəng etdim, deyirəm ki, utanmırsan?.. Deyir ki, elə deməmişəm. Vasif, mən də pis qız deyiləm. Xahiş edirəm ki, mənim haqqımda da gözəl danışasan”.
Xatırladaq ki, müğənni Vasif Məhərrəmli mətbuatda “Xatirə İslamın həyat yoldaşı çox yaxşı insandır. Hətta Xatirə ona yaraşmır” demişdi.
İfaçının həyat yoldaşı Fəxrəddin isə “Vasif sırf başq məqsədlə deyib” deyə, reaksiya göstərib.