13 Mart 2020 11:00
4 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkədə foto paylaşaraq “Saçlarım əsəb və stressdən tökülüb” şərhini yazıb.

Sosial şəbəkə istifadəçiləri isə bunu Xəzər televiziyasında ona qoyulan qadağa ilə əlaqələndiriblər.

Müğənni şəbəkə izləyicilərinin “Sizə Xəzər TV-də qadağa qoydular?” sualına: “O sizə elə gəlir. Mənə aid deyil” deyə cavab verib.

Qeyd edək ki, Xəzər televiziyasının rəhbəri Murad Dadaşovun müğənnilər Manaf Ağayev, Damla, Mətanət Əsədova, meyxanaçı Pərviz Bülbülənin kanala çıxışına qadağa qoyduğu iddia edilir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər