13 Mart 2020 23:14
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi məşhurlar var ki, ancaq modellərlə oturub-durur. Baxırsan ki, öz zövqü yoxdur, geyinə bilmir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Mtv Azərbaycana müsahibəsində müğənni Zamiq Hüseynov deyib.

Tərzini bəyəndiyi qadın həmkarlarının adını açıqlayan müğənni kişi sənətçilərə iradını da gizlətməyib: "Röyanın geyim tərzini çox bəyənirəm. Bunu dostum olduğuna görə demirəm. Çox zövqlə geyinir. Söhbət ondan getmir, onun ətrafında zövqlü insanlar var. İnsanlar var ki, ancaq modellərlə oturub-durur, baxırsan ki, öz zövqü yoxdur. Geyinə bilmir. Bunun üçün istedad lazımdır. Aygün Kazımovanın da geyim tərzi çox xoşuma gəlir. Amma bəylərdən sözün düzünü desəm tam məni qane edən yoxdur. Bəli, rahat danışmaq istəyirəm. Demirəm ki, pis geyinirlər, yox!".

Zamiq Hüseynov türkiyəli ulduzların əlçatmaz olmadığını da qeyd edib:
"Mənim Türkiyədə də o qədər bəyəndiyim müğənni və aktyorlar yoxdur. Bəzi adamlar var, elə bilirlər ki, onlar əlçatmazdır. Amma elə deyil!".

İfaçı ona verilən hədiyyələrdən də danışıb:
"Hədiyyə xoşuma gəlməyəndə dəyişirəm(gülür). Mənim dostlarım da bunu bilir. Bəzi hallarda deyirlər ki, sənə filan hədiyyəni aldıq bilirik də, özün gedib dəyişərsən".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər