Türkiyənin məşhur müğənnisi Seda Sayan açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Seda Sayan koronavirusa görə küçəyə çıxmağa qadağa qoyulmasını təklif edib.
Sənətçi bu haqda İnstaqramda paylaşım edib: "Küçəyə çıxmaq qadağası qoyulmalıdır. Kirayə haqqı və kommunal xərclər dondurulmalıdır. Gəliri olmayan insanların ehtiyacları qarşılanmalıdır. Bu çətin günlərdə birlikdə tədbir alıb öhdəsindən gələcəyik".