18 Mart 2020 13:22
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev "Şou ATV" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Faiq Ağayev verilişdə bu sözləri deyib: "Bir insanın sənə "sən" deyə müraciət etməsi aşırı səmimiyyətdən irəli gəlir. Küçədən keçəndə kiməsə "sən" deyə müraciət edəndə 12, yaxud 70 yaşda olmasının fərqi yoxdur. Elə bil ki, ona hörmətsizlik nümayiş etdirirsən.

"Sən" müraciəti başqasının paltarını əlindən alıb güclə əyninə geyinməyə bənzəyir. "Siz" deyə müraciət edəndə sanki bu insan səndən yaşca böyükdür və özünü buna məcbur edirsən. O insan səndən kiçik də ola bilər. Sadəcə bu sənin tərbiyən və abır-həyandır".

Bir müddət əvvəl bıçaqlanan xalq artisti insanların ona sevgisindən də bəhs edib: "Xəstəxanın qarşısında izdiham var idi. Məni saxlayan da elə o sevgidir".

Qız atası olmaq istəyən Faiq Ağayev şəxsi həyatı haqda etirafı ilə də diqqət çəkib: "Mən sevməyi çox istəyirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər