Almaniyanın məşhur "Rammstein" rok qrupunun 57 yaşlı vokalisti Till Lindeman koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, səhhəti pisləşən Till Lindeman xəstəxanaya yerləşdirilib. Rok ifaçısı martın 15-də Rusiyada konsert proqramı ilə çıxış etmişdi.
Onun koronavirusa qarşı edilən testi pozitiv çıxıb.