29 Sentyabr 2014 12:29
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

MS xəstəliyi ilə mübarizə aparan Sərdar Ortaçdan bəd xəbər var.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni yeni xəstəliyin pəncəsinə tutulub. Sərdarda indi də klostrofobi xəstəliyi aşkar olunub.

Bağlı yerlərdə olmaq qorxusu olan klostrofobi xəstəliyi ortaya çıxan Ortaç, tez-tez həyəcanlandığını bildirib.

Pis günlər yaşadığını dilə gətirən Sərdar “Liftə minə, kinoya gedə bilmirəm. Evdə belə dayana bilmirəm. Sanki divarlar üstümə gəlir. Gecənin yarısı özümü çölə atıram” deyib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər