31 Mart 2020 09:05
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən bütün qayda-qanunlara əməl edirəm, evdən çölə çıxmıram. Ailə üzvlərim mənə qarşı ikiqat diqqətlidirlər. Hazırda bağdayam və heç yerə çıxmıram. İnsanlar da bacardıqları qədər evdə otursunlar və heç yerə çıxmasınlar. Bizim üçün yaxşı işlər görülür, tövsiyələr edirlər. Necə deyirlərsə, ona əməl etməliyik".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq arrtisti Səkinə İsmayılova deyib.

O, insanları koronavirusa qciddi yanaşmağa çağırıb: "Bu virusla zarafat etmək olmaz, küçəyə çıxmasınlar. Əlbəttə ki, sual verə bilərlər, çıxmasaq, necə olacaq? Yəni ki, bu, onların maddi ehtiyacları ilə bağlı ola bilər. Amma bu müddət ərzində bir qədər az yesək, heç nə olmaz. Əsas odur ki, sağlam olaq. Bir-iki ay sonra bərpa olunacaq.

Mən Allahdan insanlara səbr diləyirəm, dualar etsinlər. Hər şey Allahın əlindədir. İnanıram ki, Allah bizi bu çətinlikdən çıxaracaq. Mən buna əminəm!".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər