Türliyəli məşhur aktyor Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, koronavirusdan qorunmaq üçün həyat yoldaşı Başak Tatlıtuğ ilə Kemerburgazdakı evinə gedən aktyorun ötən gün səhhəti pisləşib.
Koronavirusa yoluxmasından şübhələnərək özəl xəstəxanaların birinə müraciət edən Kıvanç Tatlıtuğ virusa görə test elətdirdiyi iddia edilib.
Hələ ki Kıvanç Tatlıtuğ və həyat yoldaşı iddialara münasibət bildirməyiblər.