2 Aprel 2020 14:20
2 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Vüsalə Əlizadə aparıcılıq etdiyi "Yeddi Canlı" verilişində insanlardan küçəyə çıxmamağı xahiş edib.

Teleqraf.com xəbər verir ki, aparıcı canlı yayıbda kövrələrək bu sözləri deyib: "Biz efir başındayıq, çalışırıq. Bu bizim işimizdir və sağlamlığımızı riskə atmağımız sizin üçündür. Sizdən xahiş edirik, məcburiyyət olmadıqda evdən çıxmayın.

Hər yer adamla doludur. Boş-boş gəzən insanlar var. İşin yoxdursa, niyə çıxırsan? Mən bunu danışanda belə onun qorxusunu hiss edirəm. Bəzi insanlar hələ də inanmır, zarafat kimi qəbul edirlər.

Deməsin ki, bu mənim başıma gəlməz. Mən böyrək köçürülmüş insanam. Bununla yanaşı ürək, böyrək, şəkər və xərçəng xəstəliyindən əziyyət çəkən, dərman hesabına yaşayan insanlar var. O insanları virusa yoluxdurmaq çox asandır.

Mən heç vaxt bunu danmıram. O insanlar arasında mən də ola bilərəm. Heç vaxt özünüzə güvənməyin ki, cavansınız. Hər birimiz bu xəstəliyin daşıyıcısı ola bilərik".

Qeyd edək ki, Vüsalə Əlizadə böyrək əməliyyatı keçirib. O anasının böyrəyini daşıyır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər