Türkiyənin məşhur aktrisası Cansın Çekili koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, Cansın Çekili sosial şəbəkədə "COVİD-19" virusunun testinin nəticəsinin pozitiv çıxdığını açıqlayıb.
Aktrisa "Xəstəlik o qədər çətindir ki, öskürməkdən sinəm ağrıyır" - deyə qeyd edib.
Əlavə edək ki, Cansın Çekili "Mucize Doktor" və "Erkenci Kuş" seriallarında rol alıb.