Tanınmış türkiyəli model, məşhur teleaparıcı və prodüsser Acun İlıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı paylaşımı ilə təəccübə səbəb olub.
Teleqraf.com xəbər verir ki, Şeyma Subaşı İnstaqramda ağlan fotosunu paylaşıb.
O, üç həftədir sevgilisi Guido ilə evdə karantində olduğunu və qızının bir aydır Acun İlıcalı ilə qaldığını deyib:
"Depressiyadayam, kilo verdim, hər gün ağlayıram. Qızımı bir aydır görmürəm və nə zaman görəcəyimi bilmirəm. Nələrin öhdəsindən gəldim, amma bunda əlim-qolum bağlıdır. Allah heç kimi övladından ayrı salmasın".