Müğənni Aysel Əlizadə sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl iş adamı Elçin Nəcəfovun ailəsini dağıtmaqda ittiham edilən Aysel Əlizadə İnstaqramda bu sözləri yazıb: "Bəzən haqsız yerə yıxıblar, yaxud yıxılmışam. Və səni gələn-gedən baltalayır. Heç nə demirsən, susursan, haqq-ədaləti Allahdan gözləyirsən. Allah böyükdür. Gəlin insanları dərindən tanımadan incitməyək.
Cəzası çox böyükdür. Allahdan böyük hakim yoxdur. İnanın haqqına girdiyimiz insanları görməyib hallalıq almaya bilərik. Ona görə də insan haqqına girməyin. İnanın ki, bu borca verəcək kirayə mal-mülk deyil, bir gün alıb, sonra "bağışla" deyə qaytarasınız".