7 Aprel 2020 18:15
4 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur diktor və aparıcı Nailə İslamzadəTeleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Karantin rejimində vaxtınızı necə keçirirsiniz?

- Evdə günüm necə keçir, onu bilmirəm, çünki işim çox olur. Ümumiyyətlə, mən təklikdə darıxmayan insanam. İndi evdə ailə üzvlərim də var. Amma tək qalsam da heç vaxt darıxmıram, həmişə məşğuliyyət üçünişim olur. Ümumi götürdükdə bu, xoşagələn hal deyil, amma hər bir hadisənin yaxşı tərəfi də var. Yaxşı tərəfi görüb ondan faydalanmaq lazımdır.

Məsələn, mən çoxdan evdə şirniyyat bişirmirdim, indi hazırlayıram, eyvanımda güllər əkirəm. Düzdür, kitab oxumağa vaxtım qalmır. Bununla yanaşı, evdə idman edirəm. Qadınlarımıza da məsləhət görürəm ki, evdə üzlərinə maska hazırlasınlar. Yeməyə hazırladıqları ərzaqdan da istifadə edə bilərlər. Məsələn, kartof püresi bişirən zaman kartofdan götürərək üzərinə süzmə əlavə edib, istifadə edə bilərlər. Sifətləri inanılmaz dərəcədə gözəl olacaq.

Ümumiyyətlə, əllərinin altında nə varsa maska edə bilərlər. Bahalı şeylərə ehtiyac yoxdur, vitaminlər, yağlar, bal və s. Mənə elə gəlir ki, qadınlarımız özlərinə iş tapırlar. Əslində, evdə darıxan qadın görmədim.

- Nailə xanım virusun mövcudluğuna inanmamaq nə dərəcədə məntiqlidir? Hələ də belə insanlar var...

- Normal haldır, hər hadisə baş verəndə belə hallar olur. Mən düşünmürəm ki, "evdə qalın" demək bunu aydın göstərir. Bəzən deyirlər ki, bu virus insanların sayını azaltmaq üçündür. Amma məntiqlə düşünəndə insan artımının qarşısını alırlarsa, niyə evdə otuzdururlar? Deyərlər ki, küçəyə çıxsınlar, xəstələnsinlər və insanların sayı azalsın... Bu kimi fikirlərə əhəmiyyət vermək lazım deyil.

Dövlət başçımız İlham Əliyevin tapşırıqlarına riayət etmək və evdə oturmaq gərəkdir. Çünki bu, milli məsələdir. Vitse-prezident Mehriban Əliyeva "Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm" çağırışını etdi.

Ona görə də deyilənlərə əməl etmək qaçılmzdır. İnşallah, tezliklə keçər... Hər bir şeyin sonu var və bu ayın axırında hər şey aydınlığa çıxar. Azərbaycan güclü dövlətdir, iqtisadiyyatı da güclüdür.

- Neçə gündür evdən çölə çıxmırsınız?

- Ayın əvvəlində içilərə maaş yazmaq üçün çıxmışdım. Karantinlə bağlı insanların rahatlığı üçün onlayn sifarişlər var. Bu, çox rahatdır. Yəni ərzaq üçün çölə çıxmağa ehtiyac yoxdur.

- Alış-verişinizi onlayn edirsiniz?

- Bəli, bizim evimiz elə bir yerdədir ki, ətrafında market yoxdur, bir az uzaqdadır. Əslində, marketə getməyi sevirəm. Müvəqqəti getməsək dünya dağılmaz.

Məni hazırda aztəminatlı ailələr narahat edir. Onu da sağ olsun dövlətimiz yardım edir. Və rahat şəkildə evdə qala bilərlər.

- Nailə xanım, dünyada bir çox məşhurlar koronavirusla mübarizəyə yardım edirlər. Ledi Qaqa 35 milyon dollar yardım ayırdı. Yerli məşhurlardan Röya Ayxan isə prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində
pul verdi. Ölkəmizdə də məşhurları bu məsələyə daha çox cəlb etmək haqda nə deyə bilərsiniz?

- İmkanı olan insanların yardım etməsi yaxşıdır. Mənə elə gəlir ki, məşhur olmaq imkanlı olmaq demək deyil.
İmkanlı iş adamları və məmurlarımız var. Onlar kömək etsələr, çox yaxşı olar. Düzdür, məşhurlar qlamur görsənirlər, amma o qədər pulları yoxdur. Mənim kömək etdiyim dörd ailə oldu. Onlar üçün məndən yardım istəmişdilər, pul verdim.

Bunları demək, kiçik şeyləri ortaya çıxarmaq düzgün görünmür. Yəni hər kəs öz çapında ehtiyacı olanlara kömək etsə, bu vəziyyətdən daha üzüağ çıxarıq.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər